baybek mi yoxsa babek?
Baybək mi yoxsa Babek-Babək-Babak mi?
Mehran Bahari
Mənfi Mubarizənin ən önəmli parçalarından biri, adların Türkcələşdirilməsidir. Buraya həm indi öz şəxsi adlarımız, həm movcud coğrafi və yer, bölgə, şəhər, qurum, dukan vs. adları, həmi də tarixi şəxsiyətlər vs. adları daxildir.
Məncə Babək adının işlədilməsi bu açıdan saxıncalı ve sorunludur:
1- Babək sözündəki "a" uzun â'dır ki bizim çağdaş Türkcəmizdə belə bir səs yoxdur. Bu uzun "â" səsi Fars dilində vardır və Türk və Fars dillərində ortaq olan sözlərdə işlədildiyi vaxt, o kələmənin Farsca olduğu görüntüsü və hissini yaradır.
2- Yabancı kökənli, özəlliklə Ərəb və Fars dillərindən alınma şəxs adlarını, biz mütləq şəkildə öz Türkcəmizdə olduğu təkin yazmalıyıq. ör: Məməd, Məmməd (Məhəmməd yerinə), Yusuf (Yusef yerinə), Mahmıt (Məhmud yerinə) v.s.
Bu nədənlə Babək adını da biz, öz dilimizin yapısına görə yazıb söyləməliyik. Dilimizdə Babək (qıssa a ilə) olmadığına görə, ən yaxşı yol onu Baybək şəklində yazıb söyləməkdir.
3- Babək yazıldığı durumda, bu kələməyə İrani bir kökən (Papek) qəbul etmiş oluruq. Halbuki Baybək yazanda bu kələmənin Türkcə kökənli olduğu ortaya çıxır. (Bay+Bək)
4- Baybək biçimi, həm çağdaş Türk dillərində (Türkiyə, Tataristan,...), həm də əski Türk dillərində (Bolqar, ...) işlədilən bir şəxs adıdır.
Yuxarıda sıraladığım nədənlərdən dolayı, məncə bu ad "Baybək" şəklində yazılıb söylənməlidir.